Çempionlar Liqası: "Qarabağ"ın "Şelburn"a qarşı keçirəcəyi oyunların vaxtı açıqlandı

12:48 - 17 İyul 2025

"Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki "Şelburn"a (İrlandiya) qarşı görüşünün vaxtı dəqiqləşib.

Sportal.az xəbər verir ki, ilk oyun iyulun 23-də İrlandiyada baş tutacaq və görüşə Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

"Qarabağ"ın "Şelburn"a qarşı keçirəcəyi cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:00-da başlayacaq.

Xəbər xətti