"Qarabağ"ın transfer siyahısında olan forvard klubsuz qaldı

13:22 - 18 İyul 2025

“Qarabağ”ın sabi hücumçusu İbrahima Vadji hazırda azad agent statusundadır. 

Sportal.az xəbər verir ki, seneqallı “Sent-Etyen” hücumçuya yeni müqavilə təklif etməyib.

Ağdam klubunun transfer siyahısında yer alan Vadji hazırda klub axtarışındadır.

Onun Azərbaycan çempionunun düşərgəsinə qayıdıb-qayıtmayacağı yaxın vaxtlarda dəqiqləşəcək.

Qeyd edək ki, 30 yaşlı hücumçu “Qaziantep BB”, “Molde”, “Haqesund” komandalarında forma geyinib. O, 2021-2022-ci illərdə “Qarabağ”ın üzvü olub.
 

Xəbər xətti