"Qarabağ" transferin detallarını açıqladı - FOTOLAR

20:41 - 17 İyul 2025

"Qarabağ" yeni mövsüm üçün daha bir futbolçunu heyətinə qatıb.

Sportal.az xəbər verir ki, Zaqrebin “Dinamo” klubu ilə uzun sürən danışıqlar uğurla nəticələnib. Futbolçu Azərbaycan klubunda icarə əsasında forma geyinəcək.

İcarə müqaviləsi 1 illik nəzərdə tutulub. Müdafiəçi “Qarabağ”da 3 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2014-cü ildə Belçikanın “Standard” klubunda başlayan Sami 2017-18-ci illərdə icarə əsasında Niderland təmsilçisi “Maastrixt”in formasını geyinib. 2018-21-ci illərdə Belçikanın “Sent-Truden”, 2021-24-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən müdafiəçi ötən il “Dinamo”ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geyinmiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/25 mövsümünün pley-offunda “Dinamo”nun heyətində "Qarabağ"a qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Qarabağ" bunadək daha üç futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyo, Fil Dişi Sahilindən olan Kris Kuakunu transfer edib.


Xəbər xətti