"Suma və Utziqin yoxluğu "Zirə" üçün yaxşı hal deyil, amma əvəzedilməz də futbolçu yoxdur"

14:22 - 18 İyul 2025

"Sumanın gedişi, Utziqin olmaması "Zirə" üçün heç də yaxşı hal deyil. Onlarsız çətin ola bilər. Amma əvəzedilməz də futbolçu yoxdur. "Zirə"də onların yerini doldurmaq üçün bir xeyli futbolçu da var. Onu da qeyd etmək lazımdır ki, "Hayduk" güclü rəqibdir. Yaxşı komandadır. Avropada tanınmış kollektivdir. "Zirə" üçün çox çətin sınaq olacaq. Hər halda, yenə də biz inanırıq və dəstəkləyirik. Allah qoysa, qələbə qazanan, mərhələ keçən tərəf "Zirə" olar”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Rahid Əmirquliyev deyib.

Azərbaycan millisinin sabiq üzvü Konfrans Liqasında ölkəmizi təmsil edəcək “Zirə”nin şanslarını dəyərləndirib. Bununla yanaşı, o, “Zirə”nin yeni transferlərindən də bəhs edib:

“Yeqor Boqomolskini "Neftçi"dən tanıyırıq. Neçə ildir ki, "Neftçi"də oynayırdı, onu görmüşük, pis hücumçu deyil. "Zirə"yə xeyri dəyər. Vensan Till və Brhaim Konatenin də "Zirə"yə xeyri dəyə biləcəyini düşünürəm. Hər halda, Rəşad Sadıqov onları komandaya gətiribsə, potensiallarını görərək dəvət edib. Ümid edək ki, onların da "Zirə"yə xeyri dəyəcək”.

Mirbağırağa
 

Xəbər xətti