İngiltərə millisinin üzvü "Çelsi"ni "Arsenal"a dəyişdi - RƏSMİ

21:10 - 18 İyul 2025

"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "topçular" "Çelsi"dən Noni Maduekeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Arsenal" ingiltərəli vinger üçün onun klubuna 55+5 milyon avro təzminat ödəyəcək. 23 yaşlı ön xətt oyunçusu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Noni Madueke ötən mövsüm "Çelsi"nin heyətində meydana çıxdığı 46 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti