Xavi Simons "Arsenal" və "Çelsi"nin maraq dairəsindədir.
Sportal.az xəbər verir ki, 22 yaşlı niderlandlı yarımmüdafiəçi avrokuboklara vəsiqə qazana bilməyən "Leypsiq"dən ayrılmaq istədiyini kluba bildirib.
"talkSPORT"un xəbərinə əsasən, həm "Arsenal", həm də "Çelsi" futbolçunu 56 milyon funt-sterlinqə transfer etməyə ümid edir.
"Arsenal" Xavini və ya "Kristal Pelas"ın yarımmüdafiəçisi Ebereçi Ezeni heyətinə qata bilər – bu, Qabriel Martinelli və Leandro Trossardın klubda qalıb-qalmamasından asılı olacaq. Əgər onlardan biri getsə, "topçular" hər iki futbolçunun transferini də nəzərdən keçirə bilər. "Çelsi" isə Simonsu Kriştovr Nkunkunun mümkün əvəzləyicisi kimi görür.
Xavi Simons ötən Bundesliqa mövsümündə 25 oyunda 10 qol və 7 məhsuldar ötürmə ilə çıxış edib.
saytlarin hazirlanmasi