"Zirə" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB

01:36 - 1 Avqust 2025

"Zirə" bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab matçına çıxıb.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Hayduk"un qonağı olub. Əsas vaxt ilk matçda olduğu kimi, 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vatda meydan sahibləri qol vuraraq qələbə qazanıblar.

Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu

31 iyul

23:00 "Hayduk" (Xorvatiya) – "Zirə" 2:1

Qollar: F.Krovinoviç,19, F.Benrahou,95, - İssa Cibrilla,90+3

Qırmızı vərəqə: Quima,77

İlk oyun – 1:1
Baş hakim: Luka Payretto (İtaliya)
Split. “Polyud Stadium”

Xəbər xətti