36 yaşında Avropaya qayıtdı - RƏSMİ

19:57 - 31 İyul 2025

Fransanın "Marsel" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Əl-Kadisiya"dan ayrılan Pyerr-Emerik Obameyanqı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı forvardla 2027-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Pyerr-Emerik Obameyanq ötən ilin yayında "Marsel"dən "Əl-Kadisiya"ya keçmişdi. Qabonlu hücumçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti