Elçin Məsiyev Avropa Liqası matçına təyinat aldı

15:10 - 1 Avqust 2025

Azərbaycanlı hakim Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, FIFA referisi Avropa Liqası 3-cü təsnifat mərhələsinin ÇFR (Rumıniya) - "Braqa" (Portuqaliya) matçını idarə edəcək.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da İspaniyadan Sezar Soto Qrado, AVAR-da isə onun həmyerlisi Alexandro Munyis Ruis olacaq.

Qeyd edək ki, ÇFR - "Braqa" qarşılaşması 7 avqust tarixində Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Xəbər xətti