Azərbaycanlı kikboksçu xuliqanlığa görə cəzalandırıldı

17:59 - 31 İyul 2025

Azərbaycanlı kikboksçu Tülin Ələkbərova haqqında məhkəmə yekun qərar verib.

Sportal.az xəbər verir ki, o, mübahisə etdiyi həmcinsinə yumruqla xəsarət yetirməkdə ittiham olunurdu. Zərərçəkən ondan şikayətçi olmuşdu.

Nəticədə hakim Gültəkin Əsədova kikboksçu ilə bağlı həbs qərarı çıxarmayıb. Tülinə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. (Offsideplus.az)

Xəbər xətti