AFFA-da yeni təyinat

19:22 - 1 Avqust 2025

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi həyata keçirilib.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb:

Şöbə rəisi Elnur Məmmədli ilə əməkdaşlığa yekun vurulub. Ona fəaliyyət dövründə göstərdiyi xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!

Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Murad Axundova həvalə olunub.

Xəbər xətti