"Aris"in baş məşqçisi "Araz-Naxçıvan"la matç haqda: "Gözlənilməz qollar buraxdıq" 

16:17 - 1 Avqust 2025

"Aris"in baş məşqçisi Marinos Uzunidis Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz– “Naxçıvan”la cavab oyunundakı (2:2, ilk oyun – 1:2) heç-heçədən və mərhələ adlaya bilməmələrindən danışıb.

Sportal.az xəbər verir ki, yunan məşqçi komandasının uğursuzluğunu bu cür şərh edib: 

"Belə oyundan sonra futbolçularımdan xüsusi şikayətim yoxdur. Uşaqlar çalışdılar, amma qısa müddətdə güclü komanda yaratmaq o qədər də asan deyil. İlk hissədə gözlənilməz qollar buraxdıq. Rəqib azlıqda qaldıqdan sonra yaxşı şansımız oldu. Ancaq ikinci qolu çox gec vurduq. Bu məğlubiyyətə görə bütün məsuliyyət mənim üzərimdədir. Amma biz daha güclü olacağıq".

Xəbər xətti