"Qarabağ"ın pley-offda rəqibi bəlli oldu

00:11 - 13 Avqust 2025

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, III təsnifat mərhələsinin digər bir matçında “Ferensvaroş” (Macarıstan) Budapeştdə Bolqarıstan çempionu “Ludoqorets”i qəbul edib. İlk matçda 0:0 hesablı heç heçə qeydə alınmışdı. Cavab qarşılaşmasında 3 cavabsız qolla qalib gələn "Ferensvaroş" adını növbəti mərhələyə yazdıraraq "Qarabağ"ın rəqibi olub.

Qeyd edək ki, "Qarabağ"ın "pley-off"da ilk oyunu avqustun 19-da səfərdə, cavab matçı avqustun 27-si Bakıda keçiriləcək.

Xəbər xətti