Fransalı futbolçu "Sabah"ın tarixinə düşdü

20:39 - 20 Oktyabr 2025

"Sabah"ın futbolçusu Aron Maludanın Misli Premyer Liqasının VIII turunda "Zirə"nin qapısına vurduğu qol tarixə düşüb.

Sportal.az xəbər verir ki, oyunun 45+2-ci dəqiqəsində fərqlənən hücumçu "bayquşlar"ın bütün turnirlərdə vurduğu 400-cü qolun da müəllifi olub.

Fransalı vinger "Sabah"dakı qol hesabını açıb.

Qeyd edək ki, "Sabah" - "Zirə" oyunu Masazır təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.

Xəbər xətti