"Barselona"nın şikayəti təmin olunmadı

17:11 - 22 Oktyabr 2025

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona"nın appelyasiya şikayətini təmin etməyib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi baş məşqqçi Hans Flikin La Liqanın 9-cu turunun "Jirona" ilə matçında (2:1) aldığı qırmızı vərəqənin ləğv olunmasını istəmişdi. Qurumun klubun şikayətini rədd edib.

Almaniyalı mütəxəssisin şikayətini təmin etməyib. Flikə verilən 1 oyunluq cəza qüvvədə qalıb.

Baş məşqçi oktyabrın 26-da "Real"la keçiriləcək "El Klasiko"da texniki zonada əyləşə bilməyəcək.

Xəbər xətti