"Fənərbaxça"nın 4 futbolçusu "Ştutqart"a qarşı oynamayacaq

19:53 - 22 Oktyabr 2025

"Fənərbaxça" UEFA Avropa Liqası Liqa mərhələsinin III turu çərçivəsində öz meydanında "Ştutqart"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi matça ciddi itkilərlə çıxacaq.

Qapıçı Ederson zədəlidir. Hücumçu Con Duran zədədən sonra bərpa prosesi keçir. Vinger İrfan Can Kahveci ilə hücumçu Cenk Tosun isə baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.

Qeyd edək ki, "Fənərbaxça" - "Ştutqart" qarşılaşması sabah bakı vaxtı ilə saat 20:45-də Şükrü Saracoğlu stadionunda keçiriləcək.

Xəbər xətti