"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turu çərçivəsində səfərdə "Atletik"ə 1:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları qeyd edib:
“Azarkeşlər üçün çox baxımlı keçən oyuna görə "Atletik"i təbrik edirəm. Biz uduzmaq istəmirdik və sona qədər mübarizə apardıq. Onlar dinamik və yüksək sürətlə oynayırlar.
Mübarizəmizi davam etdiririk. "Atletik" 90 dəqiqə ərzində pressinq edə bilir və futbolçularımız "Benfika" ilə oyuna nisbətən daha çox təzyiq altında qaldılar. Hücumda yaxşı oynamağımıza baxmayaraq, oyunu istədiyimiz kimi bitirə bilmədik.
Bizim liqada belə güclü təzyiq yoxdur, İspaniya çempionatında isə onlar buna daha çox öyrəşiblər. "Atletik" ən sürətli hücum edən komandalarından biridir. Rəqib səni səhvlərə məcbur edir”.