"Biz "Qarabağ"ı özünə uyğun olmayan oyuna məcbur etdik" - Ernesto Valverde

00:36 - 23 Oktyabr 2025

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turu çərçivəsində səfərdə "Atletik"ə 1:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyundan sonra "Atletik"in baş məşqçisi Ernesto Valverde keçirilən mətbuat konfransında bunları qeyd edib:

" Bizə erkən qol vurulsa da, sakitliyimi qorudum. Qarşımızda hələ bütün oyun var idi. Oyuna bir qədər tələsik başladıq, sanki ikinci qolu birincidən əvvəl vurmaq istəyirdik. Amma epizodlar yaratmağa davam etdik və bu, həlledici amil oldu. Bir anda nəzarəti itirdik və rəqib cərimə meydançamıza yaxınlaşmağa başladı. Fasiləyə qədər hesabı bərabərləşdirməyimiz vacib idi, çünki nəticədə geridönüş edə bildik. Bizim üçün qələbə çox önəmli idi. Qollar vurduq və oyunun taleyini dəyişdik, bu isə Çempionlar Liqasında asan deyil.

Biz "Qarabağ"ı özünə uyğun olmayan oyuna məcbur etdik. Cərimə meydançasına yaxın olduğun zaman gərginliyi rəqibə ötürmək lazımdır. Qapımıza vurulan qolda topu oyuna çıxararkən özümüzü çətin vəziyyətə saldıq, bu da hiss olunurdu, qol bir qədər qəribə alındı. Digər epizodda Yuri topu qapı xəttindən çıxardı, bu da bizim üçün çox vacib an idi”.

Xəbər xətti