Con Terri bir gün "Çelsi"yə başçılıq etməyi arzulayır.
Sportal.az xəbər verir ki, "Çelsi"nin sabiq müdafiəçisi sosial şəbəkələrdə yayımladığı videomüraciətdə bunları qeyd edib:
"Mənim çatışmayan yeganə cəhətim "Çelsi"də baş məşqçi olmaqdır. Bu, mənim son arzumdur, çünki "Çelsi"də hər şeyə nail olmuşam. Düşünürəm ki, mən doğrudan da yaxşı baş məşqçi ola bilərdim. Futbolçu karyeranı 22 ildən sonra bitirəndə, baş məşqçi olmaq üçün kifayət qədər şey öyrənmiş olursan.
Mən paltardəyişmə otağında və komandada olduğum kimi lider olmaq istərdim. Bunu 22 il etmişəm və bilirəm ki, bacararam. Mənə belə bir imkan veriləcəkmi? Bilmirəm, hələ qalan hər şeyi etməmişəm".
Qeyd edək ki, Terri üç mövsüm "Aston Villa"da baş məşqçinin köməkçisi kimi çalışıb, daha sonra isə "Lester" və "Çelsi" klubunda məşqçi vəzifələrində, o cümlədən gənclər komandasında işləyib.
saytlarin hazirlanmasi