“Liverpul” hazırda sol cinah müdafiəçisi axtarışına çıxıb.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi heyətini Alexandro Qrimaldo ilə gücləndirəcək.
İngiltərə klubu ispan futbolçu üçün “Bayer”lə ilkin razılıq əldə edib. Onun transferinin qışda, yoxsa yayda reallaşacağı 2 aydan sonra bəlli olacaq.
Qrimaldonun Leverkuzen təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. “Barselona”nın yetirməsi olan Alex “Benfika”da da çıxış edib.