Cengiz Ünder "Beşiktaş"da qalacaq

16:59 - 20 Oktyabr 2025

"Beşiktaş" "Fənərbaxça"dan icarəyə götürdüyü Cengiz Ünderlə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, "qara qartallar" türkiyəli vingerin transfer hüququna yiyələnəcək. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Ağ-qaralar" Cengiz üçün 6 miylon avroluq satınalma bəndini işə salacaq. Baş məşqçi Sergen Yılçın 28 yaşlı futbolçunun oyunundan razıdır.

Qeyd edək ki, "Beşiktaş" Cengiz Ünderi sentyabr ayında icarəyə götürüb. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 6 rəsmi matçda 2 qolla yadda qalıb.

Xəbər xətti