"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Türkiyənin "Haber Global" telekanalına müsahibə verib.
Sportal.az xəbər verir ki, o, "Qarabağ"ın bu mövsüm Avropada uğurlu çıxış etməsindən və Ağdam klubundan ayrılmaq istəməməsindən danışıb:
"Şükürlər olsun, bəlkə də işimiz bu il daha uğurlu alınır. Çünki futbol elə oyundur ki, bəzən hər il bunu etmək olmur. Amma bəlkə də əvvəl çəkdiyimiz əziyyətlər bəhrəsini bu il görürük. Bizi maraqlandıran yaxınlarımız, doğmalarımız və qardaşlarımızdır. Digərləri də bunu edirsə, bizim üçün motivasiyadır. "Qarabağ" mənim birinci evimdir. Burada daha çox vaxt keçirirəm, nəinki öz evimdə. Ola bilər ki, gələcəkdə klubda, ya sistemdə dəyişiklik olsun. Ancaq bu gün komandadan getmək fikrim yoxdur. “Qarabağ”da ildən-ilə daha möhkəm, daha uğurlu nəticə ldə etmək istəyirəm".
saytlarin hazirlanmasi