Qış "transfer pəncərəsi" zamanı “Qarabağ”da ayrılıq baş tutacaq.
Sportal.az saytına verilən məlumata görə, Fabian Buntiç Ağdam klubundan ayrılmağı planlaşdırır.
"Qarabağ"da əsas heyətə düşə bilməyən qolkiper qışda Avropada hər hansı kluba icarəyə yollanmağı istəyir.
Oyun praktikasından əziyyət çəkən Buntiç xoşbəxt olmadığına görə ayrılmaqda israrlıdır.
Hazırda xorvat qapıçı klub axtarışındadır.
28 yaşlı futbolçunun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi