UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Atletik" maraqlı paylaşımla yadda qalıb.
Sportal.az xəbər verir ki, Bilbao təmsilçisi "Tik-Tok" səhifəsində "Yaşa Azərbaycan" mahınısı ilə video paylaşıb.
Videoda İspaniya klubunun futbolçusu İnaki Villiams azarkeşlərə imza verir. Fanatların arasında "Qarabağ" forması geyinən şəxs də var.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" qarşılaşması oktyabrın 22-də "San Mames"də keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
saytlarin hazirlanmasi