"Qalatasaray"ın futbolçusu əməliyyat olunacaq - 2 ay oynamayacaq

21:53 - 6 Noyabr 2025

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, zədə səbəbindən bir mddətdir komandadan ayrı qalan Yunus Akgün əməliyyat olunacaq.

Həkimlər qasıq nahiyəsində ağrılar olan türkiyəli vingerin əməliyyat olunmasına qərar verib. 24 yaşlı futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü bu mövsüm "sarrı-qırmızılar"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti