İngiltərə millisinin üzvü ilə müqavilə imzalandı - RƏSMİ

16:58 - 10 Noyabr 2025

İngiltərənin "Aston Villa" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Morqan Rocersin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Aston Villa" Morqan Rocerssi 2024-cü ilin fevral ayında "Midlzbro"dan 10 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm birmingemlilərin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti