"Tottenhem" dünya çempionunu transfer etmək istəyir

20:18 - 20 Noyabr 2025

İngiltərənin "Tottenhem" klubu yanvar ayında heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London nəhənginin əsas hədəfi "Aston Villa"da çıxış edən Emiliano Martinesdir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Tottenhem" qış transfer pəncərəsi zamanı argentinalı dünya çempionunu transfer etmək üçün onun klubu ilə danışıqlar aparacaq.

Qeyd edək ki, "Aston Villa" Emiliano Martinesi 2020-ci ilin yayında "Arsenal"dan trasfer edib. 33 yaşlı qolkiper bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti