"Zirə"nin legioneri üçün 100-cü matç

10:34 - 3 Dekabr 2025

Ruan Renato “Zirə”nin heyətində 100-cü oyununu keçirib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi Bizon Azərbaycan kubokunun 1/8 final mərhələsinə baş tutub. Braziliyalı legioner “Neftçi” ilə əlavə vaxta qədər uzanan qarşılaşmada (1:0) 120 dəqiqə meydanda olub.

Renato “Zirə”də keçirdiyi 100 matçda 9 qola imza atıb. Ruan Premyer Liqada 80 (8 qol), kubokda 10 (1 qol), avrokuboklarda 10 matça çıxıb. Cənubi amerikalı “Zirə”nin tarixində 100 və daha çox oyun keçirən 9-cu futbolçudur. Qeyd edək ki, Renato 2023-cü il avqustun 5-də Premyer Liqanın “Qarabağ”la səfər matçında (1:0) Bakı klubunda debüt edib.

Xəbər xətti