"Zirə"nin legionerinin vurduğu qol ən yaxşı seçildi

15:05 - 5 Dekabr 2025

Misli Premyer Liqasında noyabr ayının ən yaxşı qolunun müəllifi açıqlanıb.

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında "Ayın qolu" layihəsinin qalibi "Zirə"nin futbolçusu Leroy Mikels olub.

I Liqada isə Seymur Məmmədov ("Mingəçevir"), II Liqada Ceyhun Rəcəblinin ("Şəmkir") qolu ən yaxşı seçilib. 

Xəbər xətti