DÇ-2026: Türkiyə - Rumıniya matçının keçiriləcəyi stadion müəyyənləşdi

09:19 - 10 Dekabr 2025

DÇ-2026-nın pley-off mərhələsində yer alacaq Türkiyə millisi Rumıniya ilə oynayacağı matçın stadionunu açıqlayıb.

Sportal.az xəbər verir ki, martın 26-keçiriləcək oyun "Beşiktaş Park" arenasında keçiriləcək.

Qarşılaşmaya Bakı vaxtilə saat 21:00-da start veriləcək.

Xatırladaq ki, Vinçenso Montellanın rəhbərlik etdiyi kollektiv bu stadionda çıxdığı 67 görüşün 29-da qalib gəlib, 22-də uduzub, 16 matç bərabərliklə yekunlaşıb.

Xəbər xətti