Fransa millisinin sabiq müdafiəçisi Türkiyə klubuna doğru

12:08 - 14 Yanvar 2026

Fransa millisinin sabiq üzvü Kurt Zuma karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin xidmətində maraqlı olan Superliqa klubları var.

“Antalyaspor” ÇFR-in (Kluj) yeni yollarını ayırdığı təcrübəli futbolçuya 6 aylıq müqavilə təklif edib.

Yaxın günlərdə keçidinin baş tutub-tutmayacağı dəqiqləşəcək.
 

Xəbər xətti