AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az bu barədə AFFA-nın saytına istinadən xəbər verir.
Komitənin qərarında qeyd edilir ki, 29 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan "Xocalı" PFK-"VT Gəncə" matçında hər iki komandanın oyun forması eyni olub. Bu səbəbdən görüş baş tutmadığı üçün oyun yenidən keçiriləcək.
Bundan başqa, qərarda qeyd edilir ki, həmin oyunda "VT Gəncə" klubunun prezidenti Hacıbala Əzimov AFFA-nı və hakimləri təhqir etdiyi üçün 10 oyunluq cəzalandırılıb.
saytlarin hazirlanmasi
