Millimizin müdafiəçisi "Karvan-Yevlax"da - RƏSMİ

16:38 - 14 Yanvar 2026

"Karvan-Yevlax" növbəti transferini həyata keçirib.

Sportal.az xəbər verir ki, müqavilə ilə “Səbail” klubuna məxsus müdafiəçi Emin Rüstəmov mövsümün sonunadək bölgə təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Emin Rüstəmov Azərbaycanın U-21 millisinin də formasını geyinir.


Xəbər xətti