Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Sportal.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin olunub.
Maraqlıdır ki, bu təyinat "Səbail"in gələcəyinə necə təsir edəcək? Məlumdur ki, kpmanda I Liqaya yuvarlanandan sonra Rauf Vəliyev kluba maliyyələşdirməni dayandırmışdı. "Səbail" hal-hazırda faktiki sponsorsuz qalıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin "Səbail"in təsisçisi olduğundan, yəqin ki, Əfqan Cəlilov bu məsələylə bağlı da bir qərar verməlidir. Ya qurum sponsorluğu bərpa edəcək, ya da təsisçilikdən çıxacaq.
saytlarin hazirlanmasi
