Azər Bağırov: "Mövsümün qalan hissəsində xallar qazanmağa çalışacağıq"

19:21 - 17 Yanvar 2026

"Kəpəz" bu gün "Karvan-Yevlax"la yoxlama oyununda qarşılaşıb.

Sportal.az xəbər verir ki, görüş 0:0 hesabı ilə başa çatıb.

Gəncə klubunun baş məşqçisi Azər Bağırov görüşdən sonra klubun mətbuat xidmətinə açıqlama verib:

"Oyun yaxşı keçdi. Bu matçda da gənc futbolçulara və yeni transferlərimizə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. 1 günlük istirahətdən sonra "Qababağ"la oyunun hazırlıqlarına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq".

Xəbər xətti