Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, qərb kollektivi Polşa təmsilçisi "Poqon"la üz-üzə gəlib.
Matç rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. "Turan Tovuz"un qollarını Ayxan Hüseynov (26) və İbrahima Vadji (34) vurublar.
Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.
saytlarin hazirlanmasi
