Nəriman Axundzadənin hansı kluba keçəcəyi dəqiqləşdi - ABŞ təmsilçisi ilə müqavilə imzalayacaq

12:56 - 8 Fevral 2026

"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə karyerasını MLS-də davam etdirəcək.

Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, "Kolambus Kryu" millimizin forvardını heyətinə qatacaq.

22 yaşlı futbolçu tezliklə "Qarabağ"ı tərk edərək ABŞ-a yollanacaq.

Nəriman “Qarabağ”ın heyətində keçirdiyi 127 matçda 35 qol, 17 məhsuldar ötürmə edib. 

Xəbər xətti