Tanınmış futbolçunun oğlu "Çelsi" ilə müqavilə imzaladı

16:58 - 7 Fevral 2026

"Arsenal" və "Qalatasaray" sabiq futbolçusu Emmanuel Ebuenun oğlu Matis Ebue "Çelsi" ilə ilk peşəkar müqaviləsini imzalayıb.

Sportal.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli hücumameyilli yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Matis Ebue "Çelsi"nin akademiyasına 2025-ci ilin yanvarında "Uotford"dan transfer olunub. 16 yaşlı futbolçu "mavilər"in U-18 komandasında çıxış edir.

Xəbər xətti