"Yuevntus" Kenan Yıldızın müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Türkiyəli vingerlə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. 20 yaşlı futbolçunun illik maaşı 6 milyon avro təşkil edəcək.
Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı 2022-ci ilin yayında "Bavariya"nın akademiyasından transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
