Özbəkistanlı müdafiəçi İngiltərədə ən yaxşı seçildi

11:21 - 7 Fevral 2026

İngiltərənin "Mançester Siti" klubunda yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, Abdukodir Xusanov "şəhərlilər"də ötən ayın ən yaxşısı seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Özbəkistanlı futbolçu azarkeşlər arasında keçirilən sorğuya əsasən qalib olub. 21 yaşlı mərkəz müdafiəçisi qapıçı Canluici Donnarumma və yarımmüdafiəçi Bernardo Silvanı qəbul edib.

Qeyd edək ki, Abdukodir Xusanov yanvarda "Mançester Siti"nin heyətində 7 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti