Bu gün Misli Premyer Liqasının 28-ci turu çərçivəsində "Zirə" "Neftçi"ni qəbul edəcək.
Sportal.az xəbər verir ki, həm "Neftçi", həm də "Zirə" oyuna itki ilə çıxacaq.
Ev sahibi komandanın heyətində Rüfət Abdullazadə, “Neftçi”də isə Bassalu Sambu zədə səbəbindən bugünkü görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Zirə” – “Neftçi” görüşü bu gün keçiriləcək və oyuna 19:30-da start veriləcək.
saytlarin hazirlanmasi
