"Beşiktaş" "Marsel"in müdafiəçisini transfer etdi

19:23 - 6 Fevral 2026

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi "Marsel"də çıxış edən Amir Murillonun keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kanadalı sağ cinah müdafiəçisi artıq İstanbuldadır. 29 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra "Beşiktaş"la müqavilə imzalayacaq.

Qeyd edək ki, "Marsel" Amir Murilyonu 2023-cü ilin yayında "Anderlext"dən 2,5 milyon avroya transfer etmişdi. Panama millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti