"Qalatasaray" müdafiəçi Kazımcan Karataşı icarəyə verib.
Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" türkiyəli futbolçunu "Başakşehir"ə göndərib. Bu barədə "HT Spor" məlumat yayıb.
23 yaşlı sol cinah müdafiəçisi mövsümün ikinci yarısını İstanbul təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Qalatasaray" Kazımcan Karataşı 2022-ci ilin yayında "Altay"dan 1,4 milyon avroya transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol ötürməsi edib.
saytlarin hazirlanmasi
