Azərbaycan Kuboku: "Turan Tovuz" və "Sabah" yarımfinalda - YENİLƏNİB

20:52 - 5 Mart 2026

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçirilib.

Sportal.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub. 

"Kəpəz" "Turan Tovuz"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah" isə "Qəbələ"nin qonağı olub. Əsas və əlavə vaxtı bərabərliklə yekunlaşan qarşılaşmanın penaltilər seriyasında daha dəqiq olan qonaqlar yarımfinala yüksəlib.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab oyunları

5 mart

14:30 "Kəpəz"- "Turan Tovuz" 0:2
Qollar:
Xorxe Silva 13, Hayderson Hurtado, 50
İlk oyun 0:1
Yevlax şəhər stadionu

18:00 "Qəbələ" - "Sabah" 3:3
Qollar: 
İsmael Akinade, 88, 90, Nuğaay Rəşidov, 114 - Timoteuş Puxaç, 31, 62, Coy Lens Mikels, 105
Qırmızı vərəqə: Adriel Ba Lua, 48
Penaltilər seriyası: 2:4
İlk oyun 0:0
Qəbələ şəhər stadionu

Xəbər xətti