"Mingəçevir"in "Baku Sportinq" üzərindəki qələbəsi - VİDEO

19:25 - 5 Mart 2026

Futbol üzrə Azərbaycan I Liqasında XVII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Baku Sportinq" Buzovna qəsəbə stadionunda "Mingəçevir"i qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 32-yə yüüksəldən "Mingəçevir" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 33 xalı olan "Baku Sportinq" isə 2-ci yerdədir.

"Baku Sportinq" - "Mingəçevir" 0:1
Qol: 
Q.Əlizadə, 90+2

Xəbər xətti