"Neftçi" - "Turan Tovuz" matçına böyük maraq

15:39 - 5 Mart 2026

“Neftçi” Premyer Liqanın XXIII turunda “Turan Tovuz”u qəbul edəcək.

Sportal.az xəbər verir ki, martın 9-da, “Palms Sports Arena”da keçiriləcək görüş üçün bilet satışı davam edir.

Paytaxt klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, oyuna artıq 3000 bilet satılıb.

Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu saat 20:30-da start götürəcək.

Xəbər xətti