"Sumqayıt"a qarşı kubok matçı heç də asan olmadı. İlk hissəyə yaxşı başladıq. Rəqib üzərində müəyyən təzyiq yaratdıqdan sonra ilk qolu vurmağa da nail olduq. “Sumqayıt” fasilədən sonra təzyiq yarada bilirdi. Lakin rəqibin futbolçusu qırmızı vərəqə aldıqdan sonra hücumlarımıza davam edib, ikinci qolumuzu da vurduq. Ümumilikdə çətin görüş keçdi, amma vacib qələbə qazandıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Zirə”nin müdafiəçisi Anj Mutsinzi deyib. O, komandasının Azərbaycan kubokunun 1 /4 final mərhələsinin cavab görüşündə “Sumqayıt”ı(2:0) məğlub edərək yarımfinala vəsiqə qazanmasını şərh edib. Ruandalı futbolçu qələbənin asan başa gəlmədiyini deyib:
"Hər şey göründüyü kimi deyil. “Sumqayıt”ın hücumameyilli futbolçuları daim hərəkətli olan oyunçulardır, dinamik futbolçulardır. Müdafiə xəttinə də çətinlik yaradan amil bu idi. Bəlkə sizə kənardan asan görünürdü, amma onların hücum xəttinə qarşı oynamaq mənə görə çətin idi".
Mutsinzi komandasının Misli Premyer Liqasının 23-cü turunda qarşılaşacağı “Kəpəz”lə matç haqda da danışıb: “Fiziki durumumuzla bağlı heç bir problem olmayacaq. Həftədə 2 oyun oynasaq da, baş məşqçimiz oyunlarda müəyyən rotasiyalara gedir. Buna görə də, fiziki durumumuz istənilən səviyyədə olacaq. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Öz üzərimizdə daim çalışırıq, niyə də 3-cü yeri tutmayaq?".
Mirbağırağa
