Patris Evra Afrika Futbol Konfederasiyasının qərarına münasibət bildirib.
Sportal.az xəbər verir ki, Mərakeş milli komandasına Afrika Millətlər Kuboku-2026-nın qalibi adı verilib, Seneqala isə oyun zamanı meydanı tərk etdiyinə görə texniki məğlubiyyət yazılıb.
“Afrika Millətlər Kuboku etibarını itirib... Seneqal taxta çıxdı və bunu heç kim ondan ala bilməz. Mərakeşli qardaşlarım, sizi sevirəm, amma hamımız öz gözlərimizlə gördük ki, Seneqal qalib gəldi, inciməyin.
Kubok həqiqətən bütün etibarını itirib. İnsanlar Afrika Kuboku ilə bağlı zarafat edir, amma bu artıq tamam başqa səviyyədir. İki ay sonra Mərakeş Afrika çempionu olur. Yaxşı, təbrik edirəm, ümid edirəm bu qələbə sizə xoşdur.
Niyə heç kim hakimdən danışmır? Hakim haradadır? Ona nə oldu? Əgər rəqib komanda geciksəydi, biz avtomatik olaraq 3:0 hesabı ilə qalib sayılırdıq. Amma bunun üçün bütün oyunçular meydanda olmamalı idi. Fəlakət baş verdi, bütün günah hakimdədir. O, oyunun davam etdirilməsini əmr etdi və Seneqal meydanda qələbə qazandı.
Bu, Afrika futbolu üçün biabırçılıqdır. Hər halda, əsl çempion Seneqaldır və Seneqal olaraq qalacaq,” – deyə Evra instaqram səhifəsində paylaşdığı videoda bildirib.
Qeyd edək ki, Evra Seneqalda anadan olub.
saytlarin hazirlanmasi
