Bradley Barkola PSJ-nin heyətində Çelsiyə qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda (3:0) zədələnib. Fransalı futbolçu həmin görüşün 59-cu dəqiqəsində əvəzlənib.
Sportal.az xəbər verir ki, bu gün Paris klubu açıqlayıb ki, Barkolanın sağ topuq bağlarında ciddi dartılma aşkarlanıb və onun bir neçə həftə ərzində oynaya bilməyəcəyi bildirilib.
L'Equipe yazır ki, futbolçu təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq və böyük ehtimalla Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki oyununu buraxacaq. Qeyd edək ki, Paris təmsilçisi 1/4 finalda "Liverpul" - "Qalatasaray" cütünün qalibi ilə oynayacaq.
saytlarin hazirlanmasi
