"İmişli"də ciddi itki - "Qəbələ"yə qarşı oynamaya bilər

11:18 - 9 Aprel 2026

"İmişli" Misli Premyer Liqasının 27-ci turunun "Qəbələ" ilə oyununa itki ilə çıxmaq ehtimalı yüksəkdir.

Sportal.az xəbər verir ki, bölgə klubunun qolkiperi Andrey Sinenkonun əvvəlki turda "Turan-Tovuz"la görüşdə zədələndiyi üçün meydana çıxa bilməyəcəyi ehtimal olunur.

Belaruslu qapıçının həmin matça qədər zədəsini sağalda bilməyəcəyi gözlənilir.

"Qəbələ" - "İmişli" matçı aprelin 12-də Qəbələdə keçiriləcək və görüşə 15:30-da start veriləcək.

Xəbər xətti